Cowboy Bebop (anime filmi)

Cowboy Bebop: Knockin' on Heaven's Door
yap. カウボーイビバップ 天国の扉
Posteri
Posteri
Janr döyüş filmi[3][4], elmi-fantastika filmi[4], Vestern filmi, Neonuar
Əsas mövzu terrorizm, Amneziya
Rejissor Şiniçiro Vatanabe
Prodüserlər Masuo Ueda
Masahiko Minami
Minoru Takanaşi
Əsərin müəllifi Hacime Yatate ("Cowboy Bebop" əsasında)
Ssenari müəllifi Keyko Nobumoto
Baş rollarda Koyçi Yamadera
Mequmi Hayaşibara
Unşo İşizuka
Aoy Tada
Ay Kobayaşi
Tsutomu İsobe
Renci İşibaşi
Mikki Körtis
Bəstəkar Yoko Kanno
İstehsalçılar Bones
Distribütor:
Sony Pictures Entertainment Japan
İlk baxış tarixi 1 sentyabr 2001
Filmin növü Anime
Müddət 115 dəq.[1]
Gəlir 3 milyon $[2]
Ölkələr Yaponiya Yaponiya
Dil Yapon
Rəng Rəngli
IMDb ID0275277

Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir.

Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur.[5] Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar.

Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur. Vatanabe seriyanı miniatür filmlər kimi qəbul etmişdir. Seriyanın pərəstişkarlarını məyus etməmək üçün, estetik materialdan böyük miqdarda istifadə olunmuşdur və təzə izləyicilə üçün əlçatan olsun deyə, filmdə düzəlişlər edilmişdir. Büdcə və istehsal obyektlərin artması, filmdə seriya ilə müqayisədə daha yüksək keyfiyyətli animasiya və bədii film kimi bağlı çəkiliş üslubundan istifadə imkanı yaratmışdır. Filmdə istifadə olunan ərəb elementləri, Vatanabeni Mərakeşə tədqiqat üçün səyahət etməsinə səbəb olmuşdur. Kannonun musiqisində də ərəb atmosferindən istifadə olunmuşdur.

Orijinal seriyada olduğu kimi, Sunrise studiosu, Bandai Visual və keçmiş Sunrise işçiləri tərəfindən yaranmış Bones studiosu tərəfindən film istehsal edilmişdir. Film Yaponiyada 2001-ci ilin sentyabrın 1-də, ABŞ-də 2002-ci il avqustun 11-də kinoteartlarda buraxılmışdır. Film dünyada $3 million gəlir əldə etmiş, DVD-də çıxanda isə Yaponiya və ABŞ çartlarında yüksək mövqe tutmuşdur. Ümumiyyətlə film əsas və anime tənqidçilərdən müsbət qəbul olunmuşdur və Online Film Critics Society Award for Best Animated Film nominasiyasına namizəd olmuşdur.

  1. "Cowboy Bebop". British Board of Film Classification. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Cowboy Bebop (2003)". Box Office Mojo. 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. http://www.imdb.com/title/tt0275277/.
  4. 1 2 http://www.metacritic.com/movie/cowboy-bebop-the-movie-knockin-on-heavens-door.
  5. "Cowboy Bebop — Heaven's Door — About the Movie". CowboyBebop.org. November 17, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search